Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 

MƏSUL KATİB

 

AYSEL NİZAMİ qızı QƏRİBLİ

Qəribli Aysel Nizami qızı 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 2007-2012 ci illərdə BDU-nun filologiya fakültəsində bakalavr pilləsində təhsil almışdır. 2011-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində laborant kimi fəaliyyətə başlamış, 2013-cü ildə İnstitutun strukturunda yaranmış dəyişikliklə əlaqədar Tətbiqi dilçilik şöbəsinə keçmişdir. 2012-2014-cü illərdə ADU-nun filologiya fakültəsində magistr pilləsini oxuyub, bitirmişdir. 2014-cü ildən indiyədək Terminologiya şöbəsində çalışmışdır. 2014-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan dili tarixi” şöbəsinin doktorantı olmuş və “XIX əsr Azərbaycan təriqət şeirinin lüğət tərkibi” mövzusu üzərində tədqiqat işi aparmışdır. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatına” namizəd kimi təqdim edilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olmuşdur. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Respublikada və xaricdə nüfuzlu elmi jurnallarda 44 elmi məqaləsi nəşr olunmuşdur.

MONOQRAFİYALARI

“Azərbaycan dili qloballaşan dünyada” (2013)
“Azərbaycan təriqət şeirinin leksikası” (2015)
“Azərbaycan dili anlayışının tarixi” (2018)
“Azərbaycan nitq mədəniyyəti” (həmmüəlliflərlə; 2018)
“Türkologiya” (həmmüəlliflərlə; 2018)
“Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası” (2018)

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.