Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 

HAQQIMIZDA

“Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Tyurkoloqiya” adı ilə 1970-ci ildən dərc olunmağa başlamışdır. 1992-ci ilə qədər “Sovetskaya Tyurkoloqiya” adı ilə fəaliyyət göstərən jurnal 1993-ci ildən bu günə qədər “Türkologiya” adı ilə nəşr həyatını davam etdirir.
1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-ci illərdə akademik Tofiq Hacıyev, 2016-2021-ci illərdə akademik Kamal Abdullayev “Türkologiya” jurnalının baş redaktorları olmuşdur.
2021-ci ildən jurnalın baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədlidir.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, türkologiyanın aktual problemlərini işıqlandırmağı da başlıca məqsəd kimi qarşıya qoymuşdur.
“Türkologiya” jurnalının ildə iki sayı (iyun, dekabr) nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.
 

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.