Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 

"TÜRKOLOGİYA" JURNALI BU GÜN

“Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Tyurkoloqiya” adı ilə 1970-ci ildən dərc olunmağa başlamışdır. 1992-ci ilə qədər “Sovetskaya Tyurkoloqiya” adı ilə fəaliyyət göstərən jurnal 1993-ci ildən bu günə qədər “Türkologiya” adı ilə nəşr həyatını davam etdirir.
1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-ci illərdə akademik Tofiq Hacıyev “Türkologiya” jurnalının baş redaktorları olmuşdur. Hazırda jurnalın baş redaktoru akademik Kamal Abdullayevdir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru, AMEA-nın həqiqi üzvləri Möhsün Nağısoylu və Muxtar İmanov baş redaktorun müavinləri, fil. ü. f.dok. Elçin İbrahimov isə məsul katib vəzifəsinə təyin olunmuşdur. AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnal əhatə dairəsini genişləndirmiş, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət və incəsənət, həmçinin türkoloji mərkəzlərlə bağlı elmi məqalələrə də yer verməyə başlamışdır.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, türkologiyanın aktual problemlərini işıqlandırmağı da başlıca məqsəd kimi qarşıya qoymuşdur.
“Türkologiya” jurnalının ildə iki sayı (iyun, dekabr) nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.
“Türkologiya” jurnalı eyni zamanda öz nəzdində türkoloji seminarlar təşkil edir. Jurnalın redaksiyasında ayda bir dəfə keçirilən seminarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər, ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatlar müzakirə edilir.

 

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.