Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 
30.12.2019

“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 4-cü sayı (2019) çapdan çıxıb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bu barədə məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının bu nömrəsində türkologiyanın müxtəlif sahələrinə dair elmi məqalələr dərc olunub. O məlumat verib ki, jurnalın dördüncü sayına bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 110 illiyi qeyd edilən akademik Məmmədağa Şirəliyev haqqında yazı və böyük alimin “Dilçilik məsələləri” (Вопросы языкознания) jurnalının 1972-ci il sentyabr-oktyabr sayında dərc olunmuş “Son illərdə Azərbaycan dilçiliyinin inkişafı” adlı məqaləsi, həmçinin macar alimi İmre Paçainin “Bəzi macar coğrafi adlarının türk mənşəli olması haqqında”, rus alimləri Yevgeniya Dobija və Polina Veseluxinanın “Almaniya Federativ Respublikasının mədəni mühitində türk miqrantların özünüdərk və inteqrasiya xüsusiyyətləri” adlı araşdırmaları daxil edilib.
E.İbrahimov xüsusi olaraq qeyd edib ki, jurnalda 12 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Sovet-Türk kollokviumu”nun 30 illiyinə və “Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış 13-cü boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masanın materiallarına geniş yer verilib. “Yazılı abidələr” rubrikasında verilən bu materiallarda boy, nüsxə, əlyazma məsələləri, yeni tapılmış boyun dil və üslub xüsusiyyətləri, nəşrləri arasında fərqlər, bu istiqamətdə hal-hazırda görülən işlər və digər mövzularda akademik Kamal Abdullayev, professor Ramazan Qafarlı, professor Osman Fikri Sərtqaya və professor Mətin Əkici başda olmaqla tanınmış Azərbaycan və Türkiyə alimləri tərəfindən səsləndirilən elmi fikirlər öz əksini tapıb.
“Elmi həyat”, “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti 2020-ci il sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.