AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
17.10.2019

“Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 3-cü sayı (2019) çapdan çıxıb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov jurnalın yeni sayı haqqında məlumat verib. O bildirib ki, “Türkologiya” jurnalının bu sayına Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Macarıstan türkoloqlarının türkologiyanın müxtəlif sahələrinə həsr etdikləri məqalələr toplanıb.
E.İbrahimov onu da qeyd edib ki, jurnalın bu sayında “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında “Ça: axan suyun səsi”, “Xakas dilində qoxu kodu prizmasından dünyanın qavrayışı”, “Təbriz folkloru Sürəyya xan Şapşalın təqdimatında”, “Türk runları vasitəsilə “baş”, “kort” və “stan” sözlərinin rekonstruksiya təcrübəsi” kimi orijinal elmi-nəzəri məqalələr dərc olunub. O əlavə edib ki, jurnalın “Müzakirə və diskussiya” rubrikasında “Kitabi-Dədə Qorqud”a aid yeni əlyazmanın tapılması ilə əlaqədar elmi məqalələr verilib. Burada siz Azərbaycan alimləri Ramazan Qafarlı və Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”un yeni əlyazması haqqında geniş araşdırması, türkiyəli görkəmli alim, professor Osman Fikri Sərtqayanın “Kitabi-Dədə Qorqud”un əlyazmaları haqqında məqaləsi ilə tanış olacaqsınız.
“Elmi həyat” rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər haqda məlumat verilib. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.