AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
02.03.2018

“Türkologiya” jurnalının nəzdində növbəti seminar

02 mart 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçirilmişdi.
Seminarın bu dəfəki mövzusu jurnalının məsul katibi Elçin İbrahimovun moderatorluğu ilə “Mahvedilmiş Türkoloji” kitabının təqdimatına və tərcüməsi məsələlərinə həsr olunmuşdu.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri, Müasir Azərbaycan dili, Tətbiqi dilçilik və Komputer dilçiliyi şöbəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantları və seminarın üzvləri Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Univeristeti, Xəzər Universiteti, Bakı Avrasya Universitetlərinin tələbələri iştirak etmişdilər.
Əvvəlcə çıxış edən E.İbrahimov “Türkologiya” jurnalının nəzdində fəaliyyət göstərən seminarın, jurnalın baş redaktoru, akademik Kamal Abdullayevin təşəbbüsü ilə yaradıldığını qeyd etmişdi. Məhz seminarın ilk toplantısının da, akademik K.Abdullayevin moderatorluğu ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş, 2016-cı ildə Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən jurnalın beynəlxalq məsləhətçilərinin iştirakı ilə keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdı.


E.İbrahimov həmçinin çıxışında “Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədinin türkologiya elminin nailiyyət və problemlərini görkəmli türkoloqların birgə iştirakı müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarət olduğunu bildirmişdi. E.İbrahimov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında və onun əhəmiyyətindən, Türk dünyasında sonrakı proseslərə təsirindən danışaraq, bildirmişdi ki, “I Türkoloji Qurultayın iki əhəmiyyətindən danışmaq olar: bir elmi əhəmiyyətindən, bir də bu elmi əhəmiyyətinin arxasında gizlənən Qurultayın başqa bir “mahiyyətindən”. Təbii ki, Qurultaya 131 nümayəndənin qatılması və 10 günə yaxın bir müddətdə 17 iclasın keçirilməsi və Türk dünyasının dil, ədəbiyyat, etnoqrafiya, terminologiya kimi məsələlərin müzakirə olunması Qurultayın elmi əhəmiyyətindən xəbər verir. Bir də bu Qurultayda Türk dünyasından və Avropadan qatılan 131 nümayəndənin 100-dən çoxunun öz əcəli ilə deyil, sürgünə, repressiyaya, müxtəlif ittihamlara məruz qalaraq öldürülməsi isə Qurultayın digər mahiyyətidən xəbər verir. Qeyd olunan bu hadisələr Türk dünyası tədqiqatçıları tərəfindən geniş şəkildə araşdırılmışdı və bu hadisələrə həsr olunmuş çoxlu kitablar yazılmışdı. Ancaq bu gün təqdimatını etdiyimiz və gələcəkdə seminar üzvləri tərəfindən Azərbaycan dilinə tərcüməsini düşündüyümüz “Mahvedilmiş Türkoloji” kitabı bu cəhətdən müstəsnalıq təşkil edir. Bu kitabın əsas müstəsnalığı onun rus dilçi alimlələri tərəfindən yazılmasıdır. F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov tərəfindən yazılan kitab 5 fəsildən ibarətdir. Bu fəsillərdə A.N.Samoyloviçdən, Y.D.Polivanovdan başlayaraq Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavidə qədər represiyaya məruz qalan şəxsiyyətlər haqqında arxiv və istintaq materialları əsasında məlumat verilir. Məhz bütün bunları nəzərə alaraq kitabın “Türkologiya” jurnalının seminar üzvləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək təqdim etməyi qarşımıza məqsəd qoymuşuq.”

Daha sonra tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əməkdaşları Qətibə Mahmudova, Elnarə Əliyeva, Ruslan Abdullayev, Şəbnəm Həsənli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dissertantı İmanyar Quliyev “Türkologiya” jurnalının son dövrlərdə qazandığı beynəlxalq uğurlardan və jurnal tərəfindən həyata keçiriləcək kitabın tərcüməsinin əhəmiyyətindən danışdılar.
Sonda seminarın üzvlərinin sualları cavablandırıldı və kitab tərcümə olunması üçün seminar üzvləri arasında fəsillərə uyğun şəkildə paylaşıdırıldı.
Qeyd edək ki, jurnalın nəzdində seminarlar ayda bir dəfə keçirilir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.