AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Haqqımızda
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
20.1.2018

“Türkologiya” jurnalının beynəlxalq uğurları davam edir

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının uğurları davam edir. Belə ki, jurnalın 2017-ci il qazandığı beynəlxalq indekslər və impakt faktor statusları 2018-ci ildə də davam etməkdədir.
Bununla bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, eləcə də türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı 2017-ci ildə beynəlxalq səviyyədə qazandığı uğurları 2018-ci ildə də davam etməkdədir. Jurnal 2017-ci ildə dünyanın 4 böyük nüfuzlu indeksləşdirmə təşkilatları tərəfindən beynəlxaq bazaya daxil edilib, həmçinin cari ildə də daha iki nüfuzlu beynəlxalq təşkilatın indeksini və impakt faktor statusunu qazanıb. Bunlardan biri Türkiyədə fəaliyyət göstərən “SOBİAD”, digəri isə Almaniyada fəaliyyət göstərən “COSMOS İMPACT FACTOR” təşkilatlardır.

“SOBİAD” Türkiyədə fəaliyyət göstərən elmi məqalələrdə çap olunan məqalələrə olunan istinadların statistikasını aparan beynəlxalq təşkilatdır. Hazırda “SOBİAD”-da dünyanın müxtəlif universitetlərindən və elmi təşkiklatlarından üzv olan jurnalların sayı 826, sistemdəki məqalərin sayı 220.492, sistemdəki məqalələrə istinadlar isə 5.047.296-dır.
“COSMOS İMPACT FACTOR” Almaniyada (Berlində) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. “COSMOS İMPACT FACTOR” elmi jurnallara indekləşdirmə xidməti göstərir və jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin edir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. Beynəlxalq təşkilatın əsas xidməti elmi məqalələrin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda müəlliflərə kömək göstərməkdən ibarətdir.

 
 
 
 
Faydalı linklər
 
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.