AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
İndekslər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
22.11.2017

“Türkologiya” jurnalı impakt faktor statusu qazanıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı cari ilin oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.
Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı bu ilin oktyabr ayında SAJİ indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb və jurnal ilkin olaraq SAJİ-nin 1,765 indeksinə layiq görülüb.
SAJI (Scholar Article Journal Index) Hollandiyada (Amsterdamda) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. SAJİ elmi jurnallara indekləşdirmə xidməti göstərir və jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin edir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. SAJİ-nin əsas xidməti müəlliflər üçün elmi məqalənin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda onlara köməklik göstərməyindən ibarətdir.”

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.